Ukraynada azərbaycanlı rüşvət üstündə Milli Bankın departament direktoru ilə birlikdə saxlanılıb

Ukraynada azərbaycanlı rüşvət üstündə Milli Bankın departament direktoru ilə birlikdə saxlanılıb
3 Fevral 2017
Mətni dəyiş
Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb.
APA-nın məlumatına görə, onunla birlikdə 3 nəfər vasitəçi qismində yaxalanıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.
Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinə yazılı məlumat verildiyi deyilir.
Milli bank rəsmisi aldığı rüşvət qarşılığında Ukraynanın “Platiservis” milli ödəniş sisteminin ölkə sərhədlərindən kənarda nağd və nağdsız ödənişlər həyata keçirə bilməsi üçün qurumu Milli Bankda qeydiyyatdan keçirəcəyinə söz verib.
Faktla bağlı cinayət işi başlanılıb, həbs-qətimkan tədbirinin seçilməsi nəzərdən keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun