Trump: "Amerikan malı al, amerikan işçi çalışdır"

Trump: "Amerikan malı al, amerikan işçi çalışdır"
18 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump, amerikalılara iş imkanı təmin etmək üçün əlindən gələn hər şeyi edəcəyini bildirərək, "Amerikada amerikalıların əlləri ilə istehsal edilən məhsullar istəyirik", - deyə qeyd edib.
Abzas.net xəbər verir ki, Trump, Boeing-in "787 Dreamliner" model yeni təyyarəsinin təqdimatı üçün firmanın Cənubi Carolina ştatındakı ofisini ziyarət edib.
Çıxışı zamanı Trump yeni təyyarəni "möhtəşəm bir sənət əsəri" kimi qələmə verərkən, "Bu gün burada Amerika mühəndisliyini, Amerika sənayesini qeyd etmək üçün buradayıq" ifadələrindən istifadə edib.
"Amerikada amerikalıların əlləri ilə istehsal edilən məhsullar istəyirik"
ABŞ-ın idxal məhsullar yerinə yerli istehsala yönəlməsi lazım olduğunu vurğulayan Trump, sözlərinə belə davam edib:
"Prezidentiniz olaraq amerikan ruhunun gücünü sərbəst buraxmaq və böyük insanlarımıza iş imkanı təmin etmək üçün əlimdən gələn hər şeyi edəcəm. Şüarımız, 'Amerikan malı satın al, Amerika işçisi çalışdır' olacaq. Amerikada amerikalıların əlləri ilə istehsal edilən məhsullar istəyirik. Amerika məşğulluğu üçün sonuna qədər döyüşəcəyik".
Trump həmçinin prezident seçilməsinin ardından ölkəsinə geri dönmə qərarı alan şirkətlərin bundan çox məmnun qalacağını sözlərinə əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun