"Şəxsiyyət vəsiqəsiz məhkəmə başladan hakimin verəcəyi qərara şübhə edirəm"

"Şəxsiyyət vəsiqəsiz məhkəmə başladan hakimin verəcəyi qərara şübhə edirəm"
24 Fevral 2017
Mətni dəyiş
Bu gün Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə verilən bloqqer Mehman Hüseynovun növbəti məhkəmə prosesi keçirilib. 
Abzas.net xəbər verir ki, Suraxanı Rayon Məhkəməsi Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında verilən şikayətin hazırlıq iclası keçirilib.
Saytımıza açıqlamasında bloqqer bildirib ki, şəxsiyyət vəsiqəsinin olmadığı halda hakim işi icraata götürüb:
"Hakimə bildirdim ki, mən şübhə edirəm Mehman Hüseynov olduğuma. Mənim şəxsiyyətimi təsdiq edən heç bir sənəd yoxdur. Hakim dedi ki, internetdən, videolardan müəyyən etdik ki, Mehman sənsən. Belə məhkəmə prosesinə, şəxsiyyət vəsiqəm olmadan icraata götürülən şikayətlə bağlı hakimin verdiyi qərara şübhə edirəm".
Bloqqer dedi ki, ondan əlavə olaraq ikinci dəfə ölkədən çıxmamaqla bağlı iltizam alınıb. O da bildirib ki, onsuz da 5 ildən artıq idi ölkədən çıxa bilmirdi.
Növbəti məhkəmə prosesi 27 dekabr saat 9:30-a təyin edilib.
Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında mülkigeyimli şəxslər tərəfindən oğurlanmışdı. Yanvarın 10-da məlum oldu ki, onu polislər saxlayıb. Məhkəmə bloqqeri polisin qanuni əmrlərinə tabe olmamaqda günahlandıraraq 200 manat cərimə etmişdi.
Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaydı, bundan sonra prokururluqda bloqqerə işgəncələrlə bağlı araşdırma başladıldı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Fevralın 9-da bloqqerin vəkili Elçin Sadıqov açıqlama yayıb ki, Daxili İşlər Nazirliyi Mehman Hüseynovu məhkəməyə verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun