14 Fevral 2017
Mətni dəyiş
Fevralın 13-də Bakının Yasamal Rayon Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət təqibinə xitam verilib.
Turan-ın məlumatına görə, media eksperti Qulu Məhərrəmli 2016-cı ilin fevralında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AzTV-ni və qurumun sədri Arif Alışanovu tənqid edib.
A.Alışanov məhkəməyə müraciət edərək mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını vvə xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.