18 Fevral 2017
Mətni dəyiş
Bu ilin yanvar ayında Azərbaycanda 105,1 kq qızıl istehsal edilib.
APA bu xəbəri Dövlət Statistika Komitəsinə istinadən yayıb.
Xəbərdə deyilir ki, bu, 2016-cı ilin yanvar ayına nisbətən 22,4% azdır. Bu ilin fevral ayının 1-nə 21,9 kq hazır məhsul ehtiyatı yaranıb.
Ötən ay ölkədə 21,9 kq gümüş istehsal olunub.Bu da 2016-cı ilin həmin dövründəki göstəricidən 4,4% azdır. Bu ilin fevral ayının 1-nə bu qiymətli metal üzrə 8,7 kq hazır məhsul ehtiyatı yaranıb.
Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustunda imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.