17 Fevral 2017
Mətni dəyiş
Bloqqer Alexander Lapshin saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının rəftarından, tibbi baxımdan və qida təminatının keyfiyyətindən razıdır.
Ombudsman Aparatının Milli Preventiv Qrupunun məlumatında belə yazılır.
"Azadlıq Radiosu" xəbər verir ki, qrup fevralın 16-da Bakı İstintaq Təcridxanasına bloqqerə baş çəkib.
Məlumatda əlavə edilir ki, həbsdəki bloqqer qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının təmin olunduğunu, həmin hüquqlardan maneəsiz istifadə etdiyini deyib.
Bloqqer qrup üzvlərinə bildirib ki, onun vəkil, tərcüməçi, habelə Rusiya və İsrailin diplomatik nümayəndəliklərinin təmsilçiləri ilə sərbəst görüşünə şərait yaradılıb.