8 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı (AMB) rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyuta ilə əməliyyatların aparılması Qaydalarına dəyişiklik edib. Bu barədə bank sektorundakı mənbə İnterfaks-Azərbaycana məlumat verib.
“Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.