"Mənə qarşı baş verənlərin arxasında birbaşa dövlət orqanları dayanır"

"Mənə qarşı baş verənlərin arxasında birbaşa dövlət orqanları dayanır"
26 Fevral 2017
Mətni dəyiş
"Mənə qarşı baş verən son hadisələrin arxasında vəkillik fəaliyyətimə görə birbaşa dövlət orqanları dayanır, onlar tərəfindən həyata keçirilir və bu ən yüksək səviyyədə idarə olunur"
Abzas.net xəbər verir ki, bu sözləri vəkil Elçin Sadıqov bu gün yaydığı bəyanatda bildirib.
Vəkilin dediyinə görə, bu gün facebook-da səhifələrin birində ona və ailəsinə qarşı böhtan atılıb, onun erməni olduğu bildirilib.
Elçin Sadıqov bildirir ki, əvvəl onun avtomobilinin sürətlər qutusunun yağını boşaltmaqla, sonra elektron hesablarına kiber hücuma cəhd etməklə və 2016-cı ilin noyabr ayında BMCMİ-də hədələnməklə hücumlar edilib.
"Sonra mənə və ailəmə qarşı böhtan xarakterli hücumlar oldu, 2016-cı il noyabr 7-də avtomobillə məni vurmağa cəhd edilib. Bunlarla bağlı etdiyim şikayətlərin heç birini araşdırmadı və bu gün yenidən mənə, ailəmə qarşı kibercinayətlər törədilməkdədir. Bu mənim həyatıma qəsdə qədər davam edəcəkdir. Bir daha bildirirəm ki, bütün bunları dövlət orqanları həyata keçirdiyindən bütün məsuliyyət hökümətin üzərindədir".
Vəkil bildirir ki, onun həyatına qəsdə qədər yüksələn bu əxlaqa sığmayan, qeyri-etik hərəkətlər onun vəkillik fəaliyyətinə, xüsusilə siyasi işlərdə qanunsuzluqları, işgəncələri ifşa etdiyinə görə edirlər. Bu qəsdlərlə bağlı şikayətlərinin araşdırılmaması da onu göstərir ki, bu təqiblər yüksək səviyyədə idarə olunur və prokurorluq bununla bağlı araşdırma aparmaqdan çəkinir.
"Bu hərəkətlər ölkədə azad, qanunsuzluqları, işgəncələri ifşa edən və siyasi baxışlarına görə həbs edilən şəxsləri müdafiə edən vəkilləri sıradan çıxarmaq, ölkədə kazarma vəkilliyi yaratmağa yönəlib", deyə E.Sadıqov vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun