Lerikə 88 sm qar yağıb

Lerikə 88 sm qar yağıb
14 Fevral 2017
Mətni dəyiş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədə hava durumu ilə bağlı açıqlama yayıb.
Abzas.net-in xəbərinə görə, açıqlamada bildirilir ki, fevralın 13-ü gündüzdən 14-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib. Arabir sulu qar, qar yağıb. Yağıntılar Lənkərana-Astara zonasında intensiv olub.
Qar örtüyünün hündürlüyü Bakıda, Abşeron yarımadası və Sumqayıtda 1-4 sm təşkil edib.
Ən çox qar ölkənin cənubundakı dağlıq rayonlarına düşüb. Qarın hündürlüyü Lerik rayonunun Rvarud kəndində 88 sm-ə çatıb.
Bu rayonun dağlıq kəndlərinə yolun bağlandığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun