16 Fevral 2017
Mətni dəyiş
İsmayıllı rayonunda yaşayan məcburi köçkün Sərhəd Əliyev polisə çağrılaraq həbs olunub. Azadliq.info-nun məlumatına görə, ona 30 suktalıq inzibati həbs cəzası veriblər.
Hadisəni hüquq müdafiəçisi Oqtay Gülalıyev ictimailəşdirib. Hüquq müdafiəçisi qeyd edir ki, Sərhəd Əliyev TuranTV-də ölkə başçısı İlham Əliyevi sərt tənqid etdiyi üçün həbs olunub.
“Rəsmi təbliğat vasitələri İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı müzakirə edir və sənədin humanistliyindən ağız dolusu danışırlar. Sərəncamın qısaca məğzi ondan ibarətdir ki, guya bundan sonra insanlar haqqında həbs qəti-imkan tədbiri ancaq zəruri hallarda çıxarılacaq. Amma sərəncamın mürəkkəbi qurumamış İlham Əliyevi Turan TV- də sərt tənqid etdiyinə görə İsmayıllı rayon sakini, ictimai fəal Sərhəd Əliyev polisə çağrılaraq həbs olunub. Ona hələ ki, 30 suktalıq inzibati həbs cəzası veriblər, cəzanın sonrası nə olacaq bəlli deyil”, – deyə O.Gülalıyev yazıb.
[embed]https://youtu.be/OyZzR4fZYZQ[/embed]