"İndi uçot dərəcələrinin qaldırılmamasına görə dollarda müəyyən ucuzlaşma müşayət edilir, amma Azərbaycanda manat sərbəst məzənnə olmadığına görə bizə birbaşa təsir göstərmir. Manatın bu gün ki durumunun, FED`in uçot dərəcəsinin qaldırılması ilə birbaşa əlaqəsi yoxdur. Daha çox dolayı təsiri var. Ona görə də, bu uçot dərəcəsinin qaldırılmamasının manatın bahalaşmasına gətirib çıxaracağı fikrini mən qəbul etmirəm. Manat bahalaşacaqsa, bunun birinci səbəbi ola bilər iqtisadi vəziyyət, bu sahə haqqında hələ tezdir danışmaq. Manat real bazar dəyərini tapmadığına görə, biz bunu deyə bilmırik. Digər səbəb isə hökümətin davranışları ola bilər. Xüsusi ilə də maliyyə qurumlarının davranışı. Maliyyə bazarına cavabdeh olan Mərkəzi Bankın bu məsələdə davranışı. Manat ötən ilin yayından başlayaraq yumşaq da olsa, ucuzlaşmağa doğru gedir. 2016-cı ildə manata münasibətdə dollar 12 faizdən çox bahalaşdı. Indi də, birinci ay başlayandan biz görürük ki, bu proses sürətlə gedir. Kəskin olmasa da, ucuzlaşma tempi artıb. Bilirsiz, proses ondan ibarətdir ki, manatın real bazar dəyərinin olmadığına görə, manatın sabitləşməsi barəsində danışmaq üçün tezdir hələki. Sabitləşmə olarsa da, bu müvəqqəti xarakter daşıyacaqdır. Çünki, dollara təlabat artdıqa dollar bahalaşacaq, tələbat azaldıqca proses gedəcəkdir. Bizdə bazar iştirakçıları az olduğuna görə, yəni dollar təklif edən az olduğuna görə, bu gün faktiki olaraq mən deyərdim dolar təklif edən yeganə iştirakçı Neft Fondudur.”
[caption id="attachment_16877" align="alignnone" width="700"]
Samir Əliyev[/caption]
Samir Əliyev deyir ki, manatda müəyyən bir həddə sabitlik yarana bilər: "Düşünürəm ki, burada artıq psixoloji bir hədd var. Manatın mən yaxın dövrdə kəskin ucuzlaşmasını gözləmirəm, ehtimal etmirəm. Xüsusi ilə də 7.5 milyard dollar ki ayrıldı Mərkəzi Banka, bu qərardan sonra vəziyyət aydın idi ki, manatın məzənnəsində kəskin dəyişikliyə yol verilməyəcək. Amma bu o demək deyil ki, manatın məzənnəsi sabit qalacaq. Sadəcə olaraq ucuzlaşma prosesi idarə olunası səviyyədə keçəcək. Ola bilər ki, tədricən müəyyən bir dövrdə ucuzlaşma prosesi getsin, müəyyən bir dövrdə sabitlik olsun, hətta müəyyən bir dövrdə manatın müəyyən qədər bahalaşması olsun. Çünki 7.5 milyad manat imkan verəcək ki, uzunmüddətli olmasa da, qısa müddətdə, 1 il müddətində manat idarə edilsin. Hazırda dollar 2 manata doğru gedir. Düşünürəm ki, müəyyən bir həddə manatda sabitlik yarana bilər, hətta müəyyən bir bahalaşmanı da istisna etmirəm. Əgər bu baş verərsə, bu sabitlik və bahalaşma daha çox müvəqqəti xarakter daşıyacaq. Bir müddətdən sonra yenidən manatın ucuzlaşmasını biz görəcəyik”.
Qeyd edək ki, ən son 2016-cı il dekabrın 14-də FED uçot dərəcəsini artırmışdı. Bundan əvvəl, 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0.25 faiz artırılması barədə qərar qəbul etmişdi.FED-in ötən günki iclasında uçot dərəcəni 0.5-0.75 səviyyəsində saxlayıb. Qurumun açıqlamasında deyilir ki, istehlakçı xərcləri artsa da, 2 faizlik inflyasiya hədəfinə çata bilməyiblər.