Dörd şəhərdə Amerika Guşələri açılacaq

Dörd şəhərdə Amerika Guşələri açılacaq
24 Fevral 2017
Mətni dəyiş
Fevralın 23-də Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncə, Xaçmaz, Salyan və Kürdəmirdə Amerika Guşələrinin yenidən açılmasına dair Anlaşma Memorandumu imzalayıb.
ABŞ səfirliyinin məlumatına görə, guşələr, şəhərlərin mərkəzi kitabxanalarında yerləşir və yerli icmanın nümayəndələrinə İnternetdən və maarifləndirici materiallardan pulsuz istifadə imkanı təqdim edir.
Robert Sekuta və Əbülfəs Qarayev
“Amerika Guşələri azərbaycanlı gəncləri üçün ingilis dilini inkişaf etdirmək, ABŞ mədəniyyəti, cəmiyyəti və insanları haqqında məlumat almaq üçün mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz sevinirik ki, paytaxtdan kənarda yaşayan gənclər bu cür imkanlardan və proqramlardan tam şəkildə faydalana biləcək. Sizi Amerika Guşələrimizdə gözləyirik!“ ABŞ səfirliyi bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun