Bakalavriat səviyyəsində yeni ixtisaslar yaradılır

Bakalavriat səviyyəsində yeni ixtisaslar yaradılır
24 Fevral 2017
Mətni dəyiş
Bakalavriat səviyyəsində yeni ixtisaslar yaradılıb.
Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Lent.az-ın məlumatına görə, həmin qərara edilən dəyişikliyə əsasən, bakalavriat səviyyəsində yeni ixtisaslar yaradılıb.
Belə ki, "Təhsil ixtisasları qrupu” bölməsinə  "Rəqs müəllimliyi”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə “Məşqçi (idman növü üzrə)”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “İdman menecmenti və kommunikasiya” ixtisasları əlavə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun