"Azadlıq" qəzetinin əməkdaşları cinayət işi ilə bağlı dindiriliblər

"Azadlıq" qəzetinin əməkdaşları cinayət işi ilə bağlı dindiriliblər
20 Fevral 2017
Mətni dəyiş
Fevralın 18 və 20-də “Azadlıq” qəzetinin 6 əməkdaşı, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Meydan TV-yə dindirilmə barədə məlumat verən jurnalistlər bildiriblər ki, onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib.
Qəzetin əməkdaşları bundan əvvəl də sözügedən cinayət işi ilə baglı dindiriliblər. Onlar iltizam verdiklərindən əhatəli danışa bilməyəcəklərini deyiblər.
Fevralın 16-da isə "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şərifov və jurnalisti Xəyal Babayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
F.Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin mili, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən "Hizmet" Hərəkatının imamı kimi təqdim olunur.
O, bu ittihamları rədd edir, "Azadlıq" qəzetinə təzyiq kimi dəyərləndirir.
Fevralın 17-də qəzetin digər əməkdaşı Vidadi Məmmədov dindirilməyə çağrılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun