16 Fevral 2017
Mətni dəyiş
Azərbaycanın xarici dövlət borcu 9 milyard dolları keçib.
Abzas.net xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın (MB) Pul Siyasəti İcmalında qeyd edilib.
Sənəddə vurğulanır ki, 2016-cı ilin sonuna strateji valyuta ehtiyatları 37.6 milyard ABŞ dolları olub. Bu da xarici dövlət borcunu 4.1 dəfə üstələyib.
Bu isə ötən ilin sonuna Azərbaycanın xarici dövlət borcunun 9 milyard 17 milyon dollara çatdığı anlamına gəlir.
Xarici dövlət borcu ilə bağlı ən son rəsmi məlumat ötən ilin oktyabrın 1-də yayılıb.
Maliyyə Nazirliyinin məlumatına görə, həmin vaxta xarici dövlət borcu 7 milyard 650.7 milyon ABŞ dolları təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.