Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği açıqlanıb. Fins.az xəbər verir ki, 2016-cı ilin sonuna strateji valyuta ehtiyatları 37,6 mlrd. ABŞ dolları təşkil edərb. Bu xarici dövlət borcunu 4,1 dəfə üstələmək deməkdir.
Strateji valyuta ehtiyatlarının həcmi ötən ilin yekunu üzrə ÜDM-in həcminə bərabər olub. Qeyd edək ki, ölkənin strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun vəsaitləri və Mərkəzi Bankın valyuta ehtiyatlarının cəmi əsasında formalaşır. Ötən 2 il ərzində ölkənin strateji valyuta ehtiyatları kəskin azalmağa başlayıb. Bu azalmada neft gəlirlərinin azalması fonunda milli valyutanın qorunmasına xərclənən vəsaitlər də az rol oynamır.
Azərbaycanın strateji valyuta ehtiyatlarının son bir neçə il ərzində olan statistikası:
İllər |
Strateji valyuta ehtiyatları |
2012 |
45,3 mlrd |
2013 |
49,4 mlrd |
2014 |
51,4 mlrd |
2015 |
35,8 mlrd |
2016 |
37,6 mlrd |