"Azəravtoyol" Mikayıl Müşfiqin abidəsinin dağıdılmasına aydınlıq gətirdi-[Foto]

"Azəravtoyol" Mikayıl Müşfiqin abidəsinin dağıdılmasına aydınlıq gətirdi-[Foto]
27 Fevral 2017
Mətni dəyiş
“Azəravtoyol” Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsini dağıdıb.
Bu haqda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.
Bundan başqa, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.
"Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik", – deyə o vurğulayıb.
Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
“Bundan söhbət belə gedə bilməz. Sovetski ərazisində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində heykələ zərər dəyməsin deyə, ərazidən götürülüb və anbarda saxlanılır. Rekonstruksiya işləri yekunlaşdıqdan sonra heykəl əvvəlki yerinə qoyulacaq. Abadlıq işlərindən sonra həmin ərazidə 5 dəfə böyük yaşıllıq zolağı salınacaq”.
A.Nəcəfli deyib ki, “Azəravtoyol” ASC işləri ölkə başçısının sərəncamlarına uyğun olaraq həyata keçirilir:
“Bununla bağlı layihə hazırlanıb və aidiyyatı qurumlar tərəfindən razılaşdırılıb. Mədəniyyət və Turizm Nazirliyi hansı səbəbdən məhkəməyə müraciət edib, bilmirəm. Hazırda heykəlin saxlandığı anbara gedirəm. Az sonra şəkilləri mətbuata təqdim edəcəyəm”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun