10 Fevral 2017
Mətni dəyiş
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alain Destexhe (Alan Desteks) bu gün, fevralın 10-da araşdırmaçı jurnalist Xədicə İsmayıl və bloqqer Mehman Hüseynovla görüşüb.
Mehman Hüseynovun Turan-a verdiyi məlumata görə, Desteks media və İnternet azadlığı sahəsində vəziyyətlə, online fəlların və jurnalistlərin, o cümlədən blogerin özünün təqibi faktları ilə maraqlanıb.
Onun sözlərinə görə, A.Desteks media, internet azadlığı sahəsində vəziyyətlə, onlayn fəalların, jurnalistlərin və bloqqerlərin təqibi faktları ilə maraqlanıb.
AŞPA nümayəndəsinə ölkədə siyasi məhbuslarla bağlı vəziyyət haqqında da məlumat verilib.
A.Desteks 2016-cı il martın 7-də Azərbaycanda hüquqların müdafiəsi ilə bağlı vəziyyəti qiymətləndirməkdən ötrü məruzəçi təyin edilib. O, həmin vaxtdan indiyə kimi cəmi bir dəfə, 2016-cı il iyunun 1-də Formula 1 yarışlarının açılışı zamanı Bakıya gəlib və yalnız rəsmi şəxslərlə görüşüb. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri onun dəyişdirilməsi ilə bağlı AŞPA-ya şikayət məktubu göndərmişdilər.
Bu səfərində isə A. Desteks-in görüşləri bir xeyli geniş olub. A. Desteks araşdırmaçı jurnalist və bloqqerdən əvvəl fevralın 9-u prezident İlham Əliyev və bir sıra rəsmilərlə də görüşüb.