10 Fevral 2017
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
Abzas.net xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 13-də baş tutacaq depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.
Hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.