Almaniyada "siyasi məhbuslara azadlıq" tələbi ilə aksiya keçirilib
18 Fevral 2017
Mətni dəyiş
Fevralın 18-də Almaniyanın Köln şəhərində "Siyasi məhbuslara azadlıq" şüarı ilə aksiya keçirilib.
Abzas.net xəbər verir ki, mitinq Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşkilatçılığı ilə keçirilib.
Aksiyaya çox sayda azərbaycanlı mədəni fəal qatılıb.
Aksiya iştirakçıları azərbaycanlı siyasi məhbuslara qarşı çıxarılan ədalətsiz məhkəmə qərarlarına etiraz edərək siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.