2 Fevral 2017
Mətni dəyiş
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqdadır.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,31 dollar və ya 0,58% azalaraq 53,57 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,48% artaraq 56,53 dollar olub.
Ötən gün ABŞ-ın Energetika Nazirliyi bəyan edib ki, ölkənin kommersiya neft ehtiyatları (strateji ehtiyatlar nəzərə alınmadan) yanvarın 27-si bitən həftə ərzində 6,5 mln. barel artaraq 494,8 mln. barelə çatıb. Halbuki analitiklər cəmi 3,3 mln. barel artım proqnozlaşdırırdı.
Neftin qiymətlərinə əlavə olaraq investorlar tərəfindən gəlirlərinin fiksə etməsi təzyiq göstərir.