Yaxın 1-2 ildə ÜTT-yə üzv olmaq gözlənilmir

Yaxın 1-2 ildə ÜTT-yə üzv olmaq gözlənilmir
12 Dekabr 2017
Mətni dəyiş

«Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması məsələsi aktualdır. Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun».

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Azərbaycan ÜTT ilə danışıqlara hələ 1997-ci ildə başlayıb. Artıq Azərbaycanın bir çox qonşulara bu quruma daxil olub.

Rəsmilər danışıqların uzanmasını Azərbaycan qanunvericiliyinin bu qurumun tələblərinə tədricən uyğunlaşdırılması ilə izah edirlər.

Ancaq müstəqil ekspertlər deyir ki, gerçəkdə Azərbaycan bu quruma üzvilikdə maraqlı deyil. Çünki Ümumdünya Ticarət Təşkilatı gömrükdə korrupsiya ilə ciddi mübarizə və islahatlar tələb edir. Həmin ekspertlərin fikrincə, Azərbaycan hökuməti, hələ ki, bu islahatlara hazır deyil.

Hərçənd, rəsmilər ölkədə islahatların dərinləşdirildiyini və korrupsiya ilə ciddi mübarizənin aparıldığını vurğulayırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun