Yəmənin paytaxtı Sena şəhəri tamamilə üsyançı husilərin (“Ənsər Allah” hərəkatı) nəzarəti altına keçib.
Abzas.net xəbər verir ki, üsyançılar keçmiş prezident Ali Abdulla Saleh-in “Xalq konqresi” partiyasına yaxınlığı ilə tanınan “Yemen Today” telekanalına hücum ediblər.
Nəticədə ələ keçirilən binada 41 jurnalist girov saxlanılır.
Bir gün öncə husilər tərəfindən öldürülən keçmiş prezident Ali Abdullah Saleh məhz "Yemen Today" kanalı vasitəsilə xalqa çağırış etmiş, üsyançıları meydana səsləmişdi.
Hal-hazırda Yəməndə 3 qrup arasında vətəndaş müharibəsi gedir. Bunlar üsyançı husilər, Ali Abdullah Saleh-i dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qüvvələrdi.
Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən davam edir.