Yəmənin keçmiş prezidenti öldürülüb

Yəmənin keçmiş prezidenti öldürülüb
4 Dekabr 2017
Mətni dəyiş

Yəmənin keçmiş prezidenti Ali Abdullah Saleh öldürülüb.

Abzas.net xəbər verir ki, bu barədə husilərə aid yerli media məlumat yayıb.

Ali Abdullah Saleh-in lideri olduğu partiyadan öncə məlumatı təkzib etsələr də, sonradan keçmiş prezidentin ölüm xəbərini təsdiqləyiblər.

Bir neçə saat öncə Saleh-in ölkə paytaxtı Sənadakı evi qiyamçı husi silahlıları tərəfindən partladılıb. Daha sonra onun təyyarəsinin qiyamçılar tərəfindən vurulduğu və Saleh-in öldüyü barədə məlumat yayılıb.

Sosial şəbəkələrdə Ali Abdullah Saleh-in meyitinin fotoları da yayılıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun