Yəmənin paytaxtı Sanada husilər və eks prezident Ali Abdullah Saleh-in tərəfdarları arasında toqquşmalar davam edir.
Abzas.net xəbər verir ki, noyabrın 29-da başlayan döyüşlərdə bu günə qədər 245 nəfər həlak olub.
Bu barədə "Sky News Arabia" telekanalının məlumat yayıb.
Tərəflər arasında döyüşlər paytaxtın ən böyük məscidinin ətrafında başlayıb və tezliklə şəhərin digər hissələrinə yayılıb.
"Sky News Arabia" verdiyi xəbərə görə, paytaxt Sana üzərində nəzarəti ələ keçirmək uğrunda mübarizədə əsasən tanklardan istifadə edilir.