Dekabrın 6-da Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş baş tutacaq.
Abzas.net xəbər verir ki, bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Eduard Nalbandyan arasında görüş keçiriləcək.
Dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdə olan iki nazir arasında baş tutacaq görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.