Venesuelanın solyönümlü hakimiyyəti bazar günü müxalifətə jest olaraq sərbəst buraxacağını vəd etdiyi siyasi məhbusların 80-ni azad edib.
Prezident Nikolas Maduronun hökümətinin şənbə günü verdiyi açıqlamada bildirmişdi ki, hökümət əleyhinə nümayişlərdə iştirak etdikləri üçün həbs olunan azı 80 nəfər azad olunacaq.
Milad bayramını ailələriylə birlikdə keçirə biləcək əfv olunan şəxslər ictimai xidmət və buna bənzər digər səbəblərlə azadlığa buraxılıb.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, hazırda ölkədə 268-dən çox siyasi məhbus var.
Prezident Maduro isə bildirib ki, həbs olunanların hamısı höküməti devirməyə cəhd və ictimaiyyətdə zorakılığı təşviq etmək ittihamları ilə qanuni ittihamlarla həbsdədir.
2014-cü ildə və bu ilin əvvəlində Madura əleyhinə baş tutan etiraz aksiyaları səbəbindən 170-ə yaxın insan həyatını itirib.