Vasif Talıbov Binəli Yıldırımla görüşüb

Vasif Talıbov Binəli Yıldırımla görüşüb
21 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 20-si Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla Türkiyə baş naziri Binəli Yıldırım arasında görüş baş tutub.

Abzas.net xəbər verir ki, Azərbaycan və Türkiyə münasibətləri barədə danışan Vasif Talıbov eləcə də, Naxçıvan və Türkiyə iqtisadi əlaqələrinə toxunub:

"Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyənin payı ötən il ilə müqayisədə bu ilin 11 ayında 2 milyon dollar artaraq 7 milyon 685 min dollar təşkil edib. Türkiyəyə məhsul ixracında Naxçıvan müəssisələrinə sərbəst ticarət imkanı verilməsi də xarici ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətlidir".

B.Yıldırım da vurğulayıb ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edib. Onun fikrincə, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu bu əlaqələrin inkişafında xüsusi yer tutur.

"Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat, təhsil, hərbi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir", - deyə, B.Yıldırım bildirib.

Görüşdə İqdır və Naxçıvan hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun