Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.
Abzas.net xəbər verir ki, konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, dövlət və qeyri-hökumət təşkilatları iştirak edirlər.
Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri postuna seçki keçirilib. Seçkinin nəticəsinə görə, vəkil Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.
Həmçinin, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavinləri, üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilib, Komissiyanın sədri seçilib.
A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.
Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib.