Vəkili Bayram Məmmədovun həbsdə cəzalandığını deyir

Vəkili Bayram Məmmədovun həbsdə cəzalandığını deyir
16 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 15-də vəkil Əsabəli Mustafayev 13 saylı Cəzaçəkmə Müəssəsində gənc fəal Bayram Məmmədovla görüşüb.

Bu barədə onun özü məlumat yayıb.

Vəkil Bayram Məmmədovun 30 sutka cəza alması barədə məlumatı təsdiq edib. Ancaq o vurğulayıb ki, gənc fəal “kars”a (cərimə kamerasına) salınmayıb.

““Kars” konkret cəza otağıdır, beton döşəmə, oturmağa, uzanmağa ixtiyarın yoxdur.

Bu isə ayrıca kameradır. Yatağı, kətili var. Sadəcəo başqa dustaqlardan təcrid edilib. “ Karts” kimi sərt cəza otağı deyil”, vəkil Azadlıq Radiosuna bildirib.

Əsabəli Mustafayev müəssisə rəhbərliyi ilə də görüşdüyünü deyib:

“Onunla görüşdən əvvəl və sonra müəssisənin rəisi ilə də görüşərək bəzi məsələləri müzakirə etdik. Bayram Məmmədovun cəzalanmasınamüəssisənin əməkdaşı ilə yaranmış mübahisəsəbəb olub. Dediyinə görə, bu məsələ şəxsən onun özü ilə bağlıdır, səhhətində də heç bir problem yoxdur. Dostlara salamları var”

Vəkil vurğulayıb ki, Bayram Məmmədovun maraqlarını nəzərə alaraqəlavə məlumat verməyə ehtiyac görmür.

Bayram Məmmədovun atası Fərman Məmmədovisə AzadlıqRadiosu-na dünən avqustun 15-də demişdi ki, mövcud qaydaya görə, həftənin ikinci və cümə günləri oğlu həbsdən onlara zəng edir. Dünən, dekabrın 15-icümə günü olmasına baxmayaraq Bayram Məmmədov evə zəng vurmayıb.

Bir neçə gün öncə NİDA Vətəndaş Hərəkatından Bayram Məmmədovun“kars”asalındığı açıqlanmışdı.

Onlar cəzaçəkmə müəssisəsindən belə məlumat aldıqlarını deyirdilər.

B.Məmmədov 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Hərəkatdan deyiblər ki, Bayram Məmmədov 30 sutkalığa cəzalandırılıb. Onun cəzalanmazdan öncə işgəncəyə məruz qaldığı da iddia edilirdi. Hərəkatdan bildirildiyinə görə, gənc müəssisədə qanunsuzluqların baş verdiyini bildirərək buna etiraz edib və bundan sonra döyülərək cəzalandırılıb.

Ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, habelə 13 saylı Cəzaçəkmə Müəssisəsindən B.Məmmədovun cəzalanıb-cəzalanmadığını dəqiqləşdirmək və işgəncə iddialarına aydınlıq gətirmək mümkün olmamışdı.

Vəklin də bu açıqlmasına, hələlik, Penitensiar Xidmətindən hər hansı münasibət almaq cəhdləri baş tutmayıb.

Bayram Məmmədovun bundan əvvəl də cəzaçəkmə müəssisəsində ayrıseçkilik və işgəncələrə məruz qalması ilə bağlı açıqlamalar səslənib.

Ancaq Penitensiar Xidmət belə açıqlamaları yalanlayaraq cəzaçəkmə müəssisələrində ayrıseçkiliyin olmadığını bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun