Ukraynada Saakashvilinin axtarışı elan edilib

Ukraynada Saakashvilinin axtarışı elan edilib
6 Dekabr 2017
Mətni dəyiş

Ukraynanın hakimiyyət orqanları keçmiş Gürcüstan prezidenti Mixeil Saakashvilinin axtarışını elan ediblər.

Bundan əvvəl təhlükəsizlik qüvvələri onun evinə reyd keçirmiş, Saakashvilini evin damında yaxalayaraq polis maşınına oturtmuşdular. Lakin bunun ardınca tərəfdarları Saakaşvilini polis avtofurqonundan dramatik şəkildə azad etmişdilər.

Ukrayna Baş Prokurorluğunun sözçüsü Andriy Lısenko Facebook postunda yazır ki, prokurorlar milli polisin rəisi Serhiy Knyazevə keçmiş Odessa vilayəti qubernatorunun axtarışda olduğu barədə məlumat veriblər.

Prokurorluq Saakashvilini “mütəşəkkil cinayətkar qrupla” əlaqədə ittiham edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun