Türkmənistanda tələbələr zorla təqaüddən imtina ərizəsi yazmağa məcbur edilir

Türkmənistanda tələbələr zorla təqaüddən imtina ərizəsi yazmağa məcbur edilir
23 Dekabr 2017
Mətni dəyiş

Neft ölkəsi Türkmənistanda tələbələri təqaüddən imtina etməyə məcbur edirlər.

Bu barədə Azadlıq Radiosunun Türkmənistan xidməti məlumat yayıb.

"Mənim oğlumu məcbur ediblər ki, imtina ərizəsi yazsın, orada qeyd etsin ki, ailəsinin təqaüdə ehtiyacı yoxdur" - deyə bir qadın radioya şikayət edib.

5-ci kurs tələbəsi olan başqa bir gənc də məlumatı təsdiqləyib.

Məlumata görə, tələbələrə gələn ilin sentyabrından daha təqaüd almayacaqları deyilib.

Gələn il yanvarın 1-dən tələbələrdən ailənin gəlirləri haqda arayış gətirmələri istənilib.

Radio bu xəbərə Türkmənistanın rəsmi orqanlarından münasibət öyrənə bilməyib.

Bu arada hökumət yanvarın 1-dən maaş, pensiya və təqaüdlərin 10 faiz artırılacağını bildirib.

Son illərdə neftin qiyməti düşdüyü üçün Türkmənistanın dövlət büdcəsində problem yaşanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun