Türkmənistan borca görə İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verəcək

Türkmənistan borca görə İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verəcək
5 Dekabr 2017
Mətni dəyiş

Türkmənistan İranı Beynəlxalq Arbitraj Məhkəməsinə verir.

Ölkə Prezidenti Kurbanguly Berdymukhamedov hökumətə məhkəməyə təqdim ediləcək sənədləri hazırlamağı tapşırıb.

Türkmənistanın “Turkmenqaz” Dövlət Şirkəti İrandan 1,8 milyard dollar (bəzi mənbələrin məlumatına əsasən, 2 milyard dollar) məbləğində nəql etdiyi təbii qazın pulunu tələb edir. İran tərəfi isə məbləğə yenidən baxılmasını istəyir.

Türkmənistan KİV-i İranla təbii qazla bağlı yaranan münaqişə barəsində ilk dəfə məlumat yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun