Türkiyədə fövqəladə vəziyyət rejimi 2018-ci il fevralın 21-də sona çatacaq.
Abzas.net xəbər verir ki, bu barədə CNNTürk-ə Qanun Hökmündə Qərar komissiyasından bildirilib.
Açıqlamaya əsasən, fövqəladə rejimin 2018-ci il yanvarın 17-də bitməsi gözlənilirdi. Ancaq onun fevralın 21-də ləğv ediləcəyi bu müddətin uzadılmayacağı deməkdir.
Qeyd edək ki, bu hal iyulun 15-dən, dövlət çevrilişinə cəhddən sonra 2016-cı il iyulun 20-dən tətbiq edilir.