Türkiyədə 16 zabit, 44 müəllim barəsində həbs qərarı çıxarılıb

Türkiyədə 16 zabit, 44 müəllim barəsində həbs qərarı çıxarılıb
22 Dekabr 2017
Mətni dəyiş

Türkiyənin Jandarma Qüvvələri Komandanlığının yüksək rütbəli 16 zabitinin tutulması üçün sanksiya verilib.

Abzas.net xəbər verir ki, həmin zabitlər Fətullah Gülən tərəfdarı olmaqda, "Fətullahçı Terror Təşkilatına" (FETÖ) üzv olmaqda ittiham olunurlar.

Türkiyə xüsusi xidmət orqanları hərbçilərin saxlanılması üçün paytaxt Ankaradan əlavə ölkənin 9 əyalətində əməliyyat-axtarış tədbirləri keçirir.

Həbs qərarı çıxarılmış zabitlərdən 7-i polkovnik, 9-u isə polkovnik-leytenantdır.

Həmin zabitlər Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda ittiham olunurlar. Tutulması barədə order verilən zabitlərdən 7-i polkovnik, 9-u isə polkovnik-leytenantdır.

Bundan əlavə FETÖ-yə üzv olmaqda şübhəli bilinən 44 müəllim barəsində də həbs qərarı çıxarılıb. 11 əyalətdə aparılan əməliyyat nəticəsində 28 nəfər müəllim saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun