ABŞ Ali Məhkəməsi prezident Donald Trump-ın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.
Abzas.net xəbər verir ki, miqrasiya barədə fərman, bir neçə ölkənin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulmasını nəzərdə tutur.
Qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq.
Fərman İran, Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur.
Digər fərmanla Donald Trump Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.
Ali Məhkəmə yekun qərar verənə qədər Trump-ın fərmanı qüvvədə olacaq.