Tramp Tillersonu Pompeo ilə əvəz edə bilər

Tramp Tillersonu Pompeo ilə əvəz edə bilər
1 Dekabr 2017
Mətni dəyiş

ABŞ mediasının yazdığına görə, Ağ Ev dövlət katibi Reks Tillersonu istefaya göndərib, onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edəcək.

The New York Times qəzeti noyabrın 30-da adminstrasiya rəsmilərinə istinadən yazıb ki, prezident Donald Tramp bu barədə qərarını “yaxın həftələrdə” elan edə bilər.

Associated Press, Reuters, Vanity Fair və başqa media qurumları da adları çəkilməyən rəsmilərə istinadən Tillersonun istefaya göndərilməsi niyyətinin olduğunu xəbər verib.

The New York Times xəbərə yalnız bunu əlavə edib ki, Pompeonun yerinə Trampın müttəfiqi, Arkanzas ştatından respublikaçı senator Tom Kotton gətirilə bilər.

Qəzet yazır ki, bu dəyişikliklərə Trampın son qərarını verib-vermədiyi aydın deyil. Belə bir dəyişiklik ABŞ administrasiyasında ciddi kadr dəyişikliyi demək olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun