Kiyevdə bir neçə saat əvvəl Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Gürcüstanın keçmiş prezidenti Micheil Saakashvili artıq azadlıqdadır.
Abzas.net xəbər verir ki, bu Saakahsvili-nin "Facebook" səhifəsində yayılan canlı videoreportajda nümayiş olunub.
Belə ki, Saakashvili-nin tərəfdarları onun saxlanıldığı Təhlükəsizlik orqanlarına məxsus mikroavtobusu əhatəyə alaraq, onu oradan çıxardıblar. Daha sonra Saakahsvili tərəfdarlarının əhatəsində oradan uzaqlaşıb.
Daha sonra Saakashvili hər kəsi meydana gəlməyə çağırıb.