Suriyanın şərqində ABŞ və Rusiya hərbi təyyarələri arasında gərgin üzləşmə baş verib.
Pentaqon xəbər verir ki, Amerika təyyarələri Rusiya təyyarələrini qovmaq üçün xəbərdarlıq fişəngləri və radardan yayındıran aliminium qırıntıları atıblar.
Rusiyanın Müdafiə Nazirliyi dekabrın 14-də, bir gün əvvəl Fərat çayı üzərində baş vermniş bu qarşıdurma barədə xəbəri təsdiq edib.
Xəbər verilir ki, bu, Suriyada çox yaxın hava məkanında fəaliyyət göstərən iki ölkənin hərbi aviasiyası arasında yaşanmış ilk belə insident deyil.
Pentaqonun bu barədə bəyantında deyilir ki, Rusiyanın iki Su-25 qırıcısı çay boyunca qeyri-rəsmi xətti keçib və bunun qarşını almaq məqsədilə havaya iki F-22A Raptor döyüş təyyarələri qaldırılıb. ABŞ təyyarələri Rusiya təyyarələrinə xəbərdarlıq fişəngi atıblar, habelə mümkün raket zərbələrini yayındırmaq üçün çaşdırıcı metal qırıntıları səpələyiblər.
Bəyanatda bidirilir ki, Rusiya təyyarələrinə fişənglər çox yaxın məsafədən atılıb, habelə Rusiya pilotlarına həyəcan kanalı ilə hava məkanını tərk etmək komandası verilib.
Rusiya nazirliyi bildirir ki, Su-25 təyyarələri Fəratın qərb sahilində ötən ay amerikalılarla əldə olunmuş razılaşmaya əsasən saxlanır. Rusiya tərəfi habelə iddia edir ki, hadisə yerinə daha bir Su-35C qırıcısı gəldikdən sonra ABŞ təyyarələri məkanı tərk ediblər.
ABŞ və Rusiya qüvvələri Suriyada xoşagəlməz qarşıdurmaların önlənməsi məqsədilə qaynar xətt yaradıblar. Bu xətdən məqsəd ümumi düşmən olan İŞİD-ə qarşı əməliyyatlarda xoşagəlməz halların qarşısının alınması olsa da, Rusiya qüvvələri Assad rejimini dəstəkləməkdə davam edir. Bu bölgədəki Amerika qüvvələri antihökumət qiyamçılarını və kürd döyüçşülərini dəstəkləyirlər.