Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Abzas.net xəbər verir ki, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Dəyişikliyə əsasən, məcəllədən 104.7-ci (Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır) bənd çıxarılıb.
Bundan sonra, vətəndaşlar yoxlanılmadan seçki məntəqəsinə daxil olacaqlar.