Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
25 Dekabr 2017
Mətni dəyiş

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.

Dekabrın 26-daBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun