Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
12 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 13-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru yağış yağacağı bildirilir.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Abşeronda gecə 5-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun