Sabaha olan hava proqnozu açıqlanıb: yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb: yağış yağacaq
2 Dekabr 2017
Mətni dəyiş

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın qərb rayonlarında havanın sabah əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun