Saakaşvili prezident Poroşenkonun impiçmenti tələbilə yürüş keçirib

Saakaşvili prezident Poroşenkonun impiçmenti tələbilə yürüş keçirib
4 Dekabr 2017
Mətni dəyiş

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başa çatıb.

Saakaşvili tərəfdarlarını bir həftə sonra Kiyevdəki Müstəqillik Meydanına toplaşmağa çağırıb.

Ukraynada qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsinə yol açmış aksiyalar bir neçə il əvvəl orada baş tutub.

***

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları dekabrın 3-də Kiyevdə Ukrayna prezidenti Petro Poroşenkonun istefası tələbilə yürüş keçirirlər.

Yürüş iştirakçıları Kiyevdə Taras Şevçenko parkında toplaşandan sonra prezident administrasiyasının binasına doğru yürüşə başlayıblar.

Yürüşçülərin önündə Saakaşvili özü gedir.

Ukrayna bayraqları və "İmpiçment" şüarları qaldıran yürüşçülər ölkənin müxtəlif bölgələrindən gəldiklərini göstərmək üçün əllərində "Odessa", "Xarkov" və s. lövhəciklər də tutublar.

Yürüşün təşkilatçıları bildirirlər ki, bu, dinc aksiyadır.

Saakaşvili öz tərəfdarlarını "təxribatlara uymamağa" çağırır.

Hazırda şəhərin mərkəzinə doğru avtomobillərin hərəkəti dayandırılıb.

Yürüşçüləri çoxlu sayda polis əməkdaşı, eləcə də Ukrayna Milli Qvardiyasının əsgərləri müşayiət edir.

Hüquq-mühafizə orqanları yürüşdə 1,5 min nəfərin iştirak etdiyini bildirirlər.

Saakaşvilinin tərəfdarları həm də oktyabrın 17-dən bəri Ali Radanın binası yaxınlığında çadır quraraq müddətsiz aksiyaya başlayıblar.

Onlarprezidentin impiçment olunması ilə yanaşı deputat toxunulmazlığının ləğvini, seçki islahatının aparılmasını, anti-korrupsiya məhkəməsinin yaradılması haqda qanunun yaradılmasını da tələb edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun