Saakashvili: "Ukraynanın prezidenti ukraynalı olmalıdır"

Saakashvili: "Ukraynanın prezidenti ukraynalı olmalıdır"
13 Dekabr 2017
Mətni dəyiş

Gürcüstanın keçmiş prezidenti və Ukrayna prezidentinin ən kəskin tənqidçisi Mixeil Saakashvili deyib ki, korrupsiya Ukraynaya Rusiyadan daha çox ziyan vurub.

Ukrayna məhkəməsinin qərarı ilə dekabrın 11-də təcridxanadan sərbəst buraxılan Saakashvili dekabrın 12-də deyib ki, Ukraynanın prezidenti olmaq ambisiyası yoxdur.

Onun sözlərinə görə bu vəzifəni yalnız milliyyətcə ukraynalı tutmalıdır.

AzadlıqRadiosu və Amerikanın səsi stansiyalarının müştərək rusdilli Current Time TV şəbəkəsinə müsahibəsində Saakashvili deyib: “Hakimiyyət elə bilir ki, “Rusiya” və ya “düşmənin agentləri” qışqırmaq kifayətdir ki, hamı inansın. Adamlar axmaq deyillər. Onlar buna əvvəllər də inanmayıblar, indi də inanmırlar”.

"Onlar bilirlər ki, əsas düşmənimizdən başqa , bizim bir daxili düşmənimiz də var və bu korrupsiyadır. Vladimir Putin üçün Saakashvilinin həbsxana görüntülərindən daha yaxşı hədiyyə düşünüb tapmaq olmazdı. Bu hədiyyəni də ona etdilər. Bu mənim qərarım deyildi, Poroşenkonun qərarı idi. Mənim əlləri qandallı görüntülərim Rusiya televiziyasında ən baxılan süjetlər idi”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun