Saakashvili Gürcüstana ekstradisiya edilə bilər

Saakashvili Gürcüstana ekstradisiya edilə bilər
16 Dekabr 2017
Mətni dəyiş

Ukraynanın baş prokuroru deyib ki, müxalifətçi Mixeil Saakashvili Gürcüstana ekstradisya edilə bilər.

Abzas.net xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın baş prokuroru Yuri Lutsenko deyib. Onun sözlərinə görə, Saakashvili ilə bağlı ekstradisiya qərarı verilə bilər.

Lutsenko qeyd edib ki, Ukrayna Saakashvilinin ekstradisiyası ilə bağlı Gürcüstanın xahişini rədd edə bilməz.

Lakin Gürcüstan tərəfi ektradisiya ilə bağlı Ukraynaya təkrar müraciət göndərilmədiyini açıqlamışdı. Tbilisi habelə bu məsələnin Ukrayna ilə müzakirəsi üçün Belarusa rəsmi şəxs göndərilməsinə dair mətbuat xəbərlərini də təkzib edib.

Lutsenko onu da qeyd edib ki, Saakashviliyə qarşı Ukraynada da cinayət işi qaldırılıb və Tbilisiyə ekstradisiya prosesi ləngiyərsə, o Ukraynada da mühakimə oluna bilər.

Saakashvili dekabrın 8-də saxlanılıb, 11-də isə məhkəmə qərarı ilə ev məhbusluğundan azad edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun