Rza Zərrabın təyyarəsi müsadirə edildi

Rza Zərrabın təyyarəsi müsadirə edildi
7 Dekabr 2017
Mətni dəyiş

ABŞ-da davam edən məhkəmə işində şahid olaraq dindilən biznesmen Rza Zərrab-ın ARE Aviasiya şirkətinə aid iş təyyarəsi İstanbul Atatürk hava limanında müsadirə edilib.

Doğan agentliyi yazır ki, MNG təyyarə bazasında olan Challenger 300 tipli təyyarə son dəfə 30 noyabrda uçub.

İstanbul Baş Prokurorluğunda açılan istintaq çərçivəsində, dekabrın 1-də Rza Zərrab və yaxınlarının əmlaklarının müsadirə edilməsinə qərar verilib.

Qərarda "Türkiyə Respublikasının təhlükəsizliyi, daxili və ya xarici siyasi mənfəətləri baxımından gizli qalması lazım olan məlumatları xarici dövlət lehinə siyasi və hərbi casusluq məqsədilə təmin edildiyi" qeyd olunub.

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunda Zərrab və yaxınları barədə istintaq başlanıb.

Bu gün ABŞ-da İrana qarşı sanksiyalarının pozulmasına dair məhkəməsindəZərrabın çarpaz mühakimə edilməsi davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun