Rusiyanın keçmiş iqtisadi inkişaf naziri 8 il müddətinə azadlıqdan məhrum edilib

Rusiyanın keçmiş iqtisadi inkişaf naziri 8 il müddətinə azadlıqdan məhrum edilib
15 Dekabr 2017
Mətni dəyiş

Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxunub.

Məlumata görə, paytaxtın Zamoskvoretskiy Məhkəməsi keçmiş naziri 2 milyon avro dəyərində rüşvət almaqda təqsirli bilib.

Məhkəmə onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.

O, məhkəmə zalında həbs olunub.

Aleksey Ulyukayev "Rosneft"in rəhbəri İqor Seçindən 2 milyon avro dəyərində rüşvət almaqda günahlandırılıb. İstintaqın versiyasına görə, Ulyukayev bu məbləği İqisadi inkişaf Nazirliyinin "Rosnetf"tin "Başneft"in aksiyalarını almasına müsbət rəy vermək üçün alıb. Ulyukayev məhkəmə istintaqı vaxtı ona qarşı irəli sürülən bu iddianı rədd edib. Dövlət İttihamçısı keçmiş nazirin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Keçmiş nazir ev dustaqlığında idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun