Rusiya sualtı rabitə və İnternet xətlərinə "yeni təhlükədirmi"?

Rusiya sualtı rabitə və İnternet xətlərinə "yeni təhlükədirmi"?
16 Dekabr 2017
Mətni dəyiş

Böyük Britaniyanın ən yüksək rütbəli hərbi zabiti dənizin dibi ilə gedən rabitə və internet kabellərinə Rusiya tərəfdən yeni təhlükə ola biləcəyi barədə xəbərdarlıq edib.

Hava Qüvvələri üzrə müdafiə qərargahının rəisi, SerStuart Peach bildirib ki, Britaniya və NATO kommunikasiya xətlərinin qorunmasını prioritetləşdirməlidir.

O bildirib ki, əgər xətlər kəsilsə və zədələnsə, bu, iqtisadiyyata "dərhal və fəlakətli şəkildə" təsir edəcək. Dənizin dibi ilə çarpaz gedən kabellər ölkələri və qitələri birləşdirir.

Policy Exchange beyin mərkəzinin son hesabatına görə, dünyanın sualtı şəbəkəsini təqribən 213 müstəqil kabel sistemləri və 877,121 km fiberoptik xətlər təşkil edir,

Map of the world's sub-marine cable network
Image captionMənbə: Telegeography

Rəsmi bildirib ki, bu xətlər hər hansı bir dövlətə aid olmadığı üçün beynəlxalq hüquqda onların güclü mühafizəsi nəzərdə tutulmayıb.

Hərçənd ki, qlobal rabitənin 97% -i və gündəlik maliyyə köçürülmələrinin 10 trilyon dolları okeanların altındakı kabellər vasitəsilə ötürülür.

O bildirib ki, NATO "Rusiyanın hərbi dəniz qüvvələrini, həm nüvə, həm də adi sualtı qayıq və gəmilərini modernləşdirilməsi ilə bağlı təhlükəyə cavab" olaraq kabellərin qorunmasını prioritet elan etməlidir.

Presentational grey lineTəhlil
RAF Typhoon escorting Russian warships
Britaniyaya məxsus hərbi təyyarə Rusiya gəmisini dövlət sularından mühafizə edir

Jonathan Beale, BBC-nin müdafiə müxbiri

Rusiyanın sualtı kommunikasiya xətlərini kəsməsi, zədələməsi və ya "oğurlaması"na dair narahatlıqlar artmaqdadır.

Müdafiə və kəşfiyyat rəisləri Rusiyanın nəinki sualtı fəaliyyətini artırmasını, eləcə də onun qeyri-ənənəvi asimmetrik müharibəyə hazır olduğundan ehtiyat edirlər.

Rusiyanın Şimali Atlantikada xüsusilə, GİUK-də (Qrenlandiya, İslandiya və Böyük Britaniya) sualtı fəaliyyəti xeyli artırdığı müşahidə olunur.

Britaniyanın, şübhəsiz ki, daimi müşahidə üçün kifayət qədər gəmi, sualtı qayıq və təyyarəsi yoxdur.

Böyük Britaniya yalnız növbəti onillikdə yeni dəniz patrulu təyyarələri alacaq, lakin indi sualtı qayıqları izləmək üçün NATO-nun təyyarələrinin köməyinə əsaslanmalıdır.

Fibre cables
Su altında 877,121 kilometrlik fiberoptik kabel var. Bu, Yer üzünü 22 dəfə tamamilə örtməyə kifayətdir.

Hərbçilər sualtı kommunikasiyaya təhlükə ola biləcək ölkələr arasında təkcə Rusiyanın deyil, həmçinin Çin və İranın da adını çəkirlər.

ABŞ-ın sabiq hərbçisi admiral James Stavridis ehtiyat tədbirləri sırasında "qara kabellərin" yaradılmasına və NATO-nun qlobal sualtı kabelləri qorumağa hazır olmağa çağırıb.

Bu sözlər, ötən il bir gəminin Britaniya ilə Channel Adalarını birləşdirən üç ədəd İnternet kabelini kəsməsindən sonra baş verib, nəticədə adalarda İnternet və telefon rabitəsi problemi yaranmışdı.

Laying of transatlantic telegraph cable in 1858, wood engraving, published 1877
İlk transatlantik kabeli 1858-ci ildə çəkilib

İnternet XXI əsrdə həyatın hərəkətverici yeniliyi olsa da, dünya 160 il əvvəldən bir-birinə "qoşulmağa" başlayıb.

1830-cu illərdə ilk teleqraf siqnalı veriləndən "sualtı" kabel çəkilişi başlanıb. 1850-ci illərdə Britaniya və Fransa arasında artıq kabel əlaqəsi var idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun