Rəhim Qazıyev həbsdən buraxıldı.
Abzas.net xəbər verir ki, bununla bağlı bu gün Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb. Onun həbs cəzası 100 manat cərimə ilə əvəzlənib.
***
Bu gün saat 16.00-da sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbsindən verilmiş apellyasiya şikayətinə baxılacaq.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.
Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılacaq.
Rahim Qazıyevə 10 sutka həbs cəzası verilib və o, hazırda Binəqədi RPİ-nin müvəqqəti saxlama təcridxanasında saxlanılır.